...

Bakıda "Kapitalbank"a məxsus inkasator maşınını qarət edən şəxs axtarışdadır

Siyasət Materials 21 May 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bakıda "Kapitalbank"ın Əli Bayramlı şəhər filialına məxsus inkasator maşınını qarət edən şəxs axtarışdadır. Bakının Səbayel rayon prokurorluğundan bazar ertəsi bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluğun killi miqdarda ziyan vurmaqla törədilməsi ) maddəsi ilə Səbayel Rayon Polis İdarəsində cinayət işi açılıb. Oğurluqda təqsirləndirilən Zamiq Ağayevin tutulması için əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mayın 18-də banka məxsus Niva markalı inkasator avtomaşınından 140 min ABŞ dolları oğurlanıb. Avtomaşının sürücüsü Əliqardaş Pirquliyev maşını Bayıl qəsəbəsi, Qurban Abbasov 50 invanında saxlayaraq, su almaq için mağazaya gedib. Təlimata uyğun olaraq, sürücü avtomaşında digər inkasator olduğuna görə, açarları içəridə qoyub. Bu vaxt maşında olan digər inkasator, 26 yaşlı Zamiq Ağayev maşında olan 140 min dolları və Kapitalbank tərəfindən təqdim olunmuş içərisində 8 ədəd gillə olan "TT" markalı xidməti tapançanı götürərək qaçıb.

Xəbər lenti

Xəbər lenti