...

Azərbaycan prezidenti Almaniyanın "Vinterşal" səhmdar cəmiyyətinin rəhbərini qəbul edib

Siyasət Materials 21 May 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Almaniyanın "Vinterşal" səhmdar cəmiyyəti idarə heyətinin sədri Rayner Svitserlotun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı son illərdə Azərbaycanda neft və qaz sənayesi sahəsində çox böyük uğurların əldə olunduğunu vurğulayaraq ölkənin dünyanın iri enerji şirkətləri ilə müvəffəqiyyətlə əməkdaşlıq etdiyini, ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib.

Ölkəmizin neft bumunu yaşadığını vurğulayan Rayner Svitserlot deyib: "Azərbaycan ilə Avropa arasında enerji sahəsində əməkdaşlıq və tərəfdaşlığın hazırkı səviyyəsi, habelə yaradılmış infrastrukturun inkişafı onu göstərir ki, Azərbaycanın bu istiqamətdə, o cümlədən Avropa ilə tərəfdaşlıq baxımından çox böyük perspektivləri var". Qonaq rəhbərlik etdiyi şirkətin gələcək planları barədə dövlət başçısına məlumat verib.

Xəbər lenti

Xəbər lenti