...

Azərbaycanın Seçki Məcəlləsi Strasburqda müzakirə olunacaq

Siyasət Materials 29 May 2007 20:23 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsi Strasburqda müzakirə olunacaq

Fransa, Strasburq / Trend müxbir E.Hüseynov, A.İsmayılova/ May ayının 30-da Strasburqda Avropa Şurası Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökumətinin növbəti görüşündə Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsi diqqət mərkəzində olacaq. Bu barədə çərşənbə axaşamı Strasburqda Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov bildirib.

Azərbaycanın Seçki Məcəlləsinin müvafiq Avropa stanadartlarına uyğunluğunu təmin etmək Azərbaycanın Avropa Şurasına qəbul olarkən götürdüyü öhdəliklərdən biridir.

2008-ci il prezident seçkiləri öncəsi beynəlxalq təşkilatlar Seçki Məcəlləsinə dəyişikliklər edilməsi məsələsini gündəliyə çıxaracaqlar.

Kuznetsovun sözlərinə görə, görüşdə Seçki Məcəlləsinin bir hissəsinə - seçki komissiyalarının tərkibinin formalaşdırılması məsələsinə baxılacaq. Azərbaycan tərəfdən görüşdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov və digər rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir.

Ötən görüş Bakıda keçirilib və burda qanunun seçki prosesində vətəndaşların şikayətlərinə baxılması məsələləri müzakirə olunub, həmçinin Seçki Məcəlləsində bəzi dəyişikliklər, xüsusilə seçkidə barmaqların işarələnməsi məsələsi razılaşdırılıb.

Venesiya komissiyasından daha öncə Trend ə verilən məlumata görə, payızda qurum Azərbaycanın Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı hesabat hazırlayacaq. Bundan əlavə, AŞ PA-nın yaz sessiyasında Azərbaycana Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə işləri 2008-ci ilin yanvarına qədər başa çatdırmaq tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti