...

Viktor Yuşenko: Ukraina-Rusya münasibətləri yeni siyasi mərhələyə qədəm qoyub (video)

Siyasət Materials 15 İyun 2007 16:40 (UTC +04:00)
Viktor Yuşenko: Ukraina-Rusya münasibətləri yeni siyasi mərhələyə qədəm qoyub (video)

Ukrayna, Kiyev /xüsusi müx. Trend E.Hüseynov/ Əgər kimsə Ukrayna - Rusiya münasibətlərinin korlanacağına ümid edirsə, bu, belə olmayacaq. Bu barədə Trend agentliyinə və bir sıra Azərbaycan telekanallarına Kiyevdə müsahibəsində Ukrayna prezidenti Viktor Yuşenko Ukrayna - Rusiya münasibətlərinin perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib. "Digər tərəfdən həmişə Rusiya ilə əlaqələri dinamik olaraq formalaşdırmaq çətin olub. Bu asan məsələ deyil. Bir sıra məsələlər həll olunmamış qalır, əksər məsələlər iki ölkənin iqtisadi maraqlarına cavab vermir, bəzi məsələlər isə yeni təşəbbüslər və yeni imkanlar yaradır" -deyə prezident bildirib.

Onun fikrincə, bu əlaqələr üçün meydan çox genişdir və prezidentlər səviyyəsində normal dialoq mövcuddur.

"Bizim Putin-Yuşenko komissiyamız fəaliyyət göstərir və bu komissiya bizim iqtisadi blok və s. məsələlər kimi ikitərəfli münasibətlərimizin ən aktual mövzulaından 23-nün daxil olduğu və 2 il müddətinə nəzərdə tutulan fəaliyyət planı formalaşdırıb. Biz yeni yollar, yeni korporastiya və yeni, maraqlı qarşılıqlı bazarlar axtarmalıyıq"-deyə Yuşenko qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Ukraynanın strateji məqsədi Avropa İttifaqına inteqrasiyadır. Yuşenkonun sözlərinə görə, Ukraynanın xarici siyasət dövriyyəsində Avropa İttifaqının payı 30 faiz təşkil edir və bu Aİ-ni Ukraynanın xarici iqtisadi əlaqələrinin bir nömrəli tərəfdaşına çevirir. "Bizim məqsədimiz isə yaxın zamanlarda Ümumdünya Ticarət Təşkilatına daxil olmaq, azad ticarət zonası ilə bağlı Avropa İttifaqı ilə danışıqları başlamaq, Avropa İttifaqı ölkələri ilə viza rejiminin liberallaşdırılması ilə bağlı razılaşma əldə etməkdir. Mən əlbəttə ki, deyərdim ki, razılığın dərinləşdirilməsinin son nöqtəsi Ukraynanın Avropa perspektivi qazanmasıdır",-deyə Yuşenko bildirib.

Prezidentin sözlərinə görə, bu gün Ukraynanın qarşısında çətin xarici siyasət durur. "Bir tərəfdən biz başa düşürük ki, ölkənin qərb hissəsi nəhəng dünya bazarlarından biri olan Avropa İttifaqı ilə həmsərhəddir və Ukraynanın strateji perspektivi burada yerləşir. Bu bazara öyrəşmək, onun rəsmi iştirakçısına çevilmək, Avropa İttifaqının rəsmi üzvlüyünə qəbul olunmaq üçün biz əlimizdən gələni etməliyik. Digər tərəfdən şərqdə Ukrayna vacib və strateji olan bazarla qonşuluq edir. Amma təəssüflər olsun ki, bu iki bazar başqa formula ilə fəaliyyət göstərir. Məsələn biz vahid iqtisadi məkan yaradarkən ölkəmizin Avropa İttifaqına qəbuluna maneçilik törətməməsi pr insipinə əsalanırıq. Buna görə də müxtəlif inteqrasiya formulları yaranır",-deyə Yuşenko bildirib.

Prezidentin fikrincə, Ukraina-Rusya münasibətləri yeni siyasi mərhələyə qədəm qoyub və bu mərhələ daha yaxşı düşünülmüş və açıq mərhələdir. "Rusiya ilə münasibətdə Ukraynanın xarici siyasətini formalaşdıran bəyanatlar düzgün və açıqdir, həm Ukrayna , həm də Rusiya cəmiyyətinə aydındır. Bu qonşuluq, iqtisadi tərəfdaş münasibətləridir ki, biz onların adekvat və açıq olmasını istərdik",-deyə prezident bildirib.

Xəbər lenti

Xəbər lenti