...

Azərbaycan prezidenti DİN əməkdaşlarını mükafatlandırıb

Siyasət Materials 29 İyun 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü "Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncama əsasən, Həsənov Ceyhun, Kazımov Elşən, Quliyev Qaçay və Nağıyev Ramizə general-mayor hərbi rütbəsi verilib.

Prezidentin digər sərəncamı ilə DİN əməkdaşlarına fəxri adlar verilib. Sərəncamla təhsil və səhiyyə sahəsində uzunmüddətli səmərəli xidmətinə görə 1 nəfərə "Əməkdar müəllim", 1 nəfərə "Əməkdar həkim" fəxri adları verilib.

Prezidentin üçüncü sərəncamı ilə isə Azərbaycan Polisi Günü münasibətilə ictimai asayişin qorunmasında xidmətlərinə görə DİN əməkdaşlarından bir qrupu - 35 nəfər "Vətən uğrunda" medalı ilə, 8 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti