...

Səfir: Azərbaycan və Almaniya readmissiya məsələsi üzrə danışıqları davam etdirir

Siyasət Materials 5 İyul 2007 18:19 (UTC +04:00)
Səfir: Azərbaycan və Almaniya readmissiya məsələsi üzrə danışıqları davam etdirir

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Yaxın zamanlarda Azərbaycan hökuməti və Almaniya readmissiya məsələsi üzrə danışıqları davam etdirəcək. Bu da iki ölkə arasında bu sahədə mövcud olan problemləri tənzimləməyə imkan verəcək. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Per Stankina məlumat verib.

Səfir bildirib ki, tərəflər readmissiya razılaşması üzrə məsləhətləşmələri davam etdirəcəklər. Sənəd iki ölkə arasında bu sahədə olan problemləri tənzimləməyə imkan verəcək. Almaniyada Sovet İttifaqı dağılandan sonra keçmiş ittifaqdan, o cümlədən Azərbaycandan vətəndaşlar daimi yaşayış üçün Almaniyaya köçüblər. Hazırda Almaniyada müəyyən qrup şəxslər yaşayır ki, onlar təxmini olaraq Azərbaycan vətəndaşları sayılırlar. Diplomat qeyd edib ki, Almaniya hökuməti Azərbaycan tərəfinə müraciət edərək, qeyri-leqalların vətəndaşlığının müəyyən olunmasında yardım istəyib.

Səfirin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqların birinci mərhələsi Bakıda keçirilib, ikinci mərhələnin isə Almaniyada keçirilməsi planlaşdırılır. O söyləyib ki, məsləhətləşmələrin konkret vaxtı hələ müəyyənləşdirilməyib.

Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, hazırda bu ölkədə Azərbaycandan 6500 qeyri-leqal yaşayır.

Xəbər lenti

Xəbər lenti