...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 6 ayın yekunlarına həsr olunmuş iclas keçirilib (video)

Siyasət Materials 17 İyul 2007 17:19 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 6 ayın yekunlarına həsr olunmuş iclas keçirilib (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 6 ayın yekunlarına həsr olunmuş iclas keçirilib. Iclasda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də iştirak edib. İdarənin rəisi, polis polkovniki Həsən Şirinov hesabat dövründə görülən işlər barədə məlumat verib. Rəis bildirib ki, 6 ayda paytaxtda 224 min 113 yol-hərəkət qaydası pozuntusu qeydə alınıb. Ümumən aşkarlanan pozuntuların 16 faizi yol nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan kobud qayda pozuntularıdır. Pozuntuların 4245-i avtomobilin sərxoş vəziyyətdə idarə olunması, 4646-sı qəza şəraiti yaratma, 7969-u sürət həddini aşma, 1464-ü sərnişin daşıma qaydalarını pozma, 427-si avtomobilin nömrəsiz, 4354-ü vəsiqəsiz idarə olunması, 921-i avtoxuliqanlıqla bağlıdır.

Şirinovun sözlərinə görə, qəzaların sayında artım paytaxtın Əzizbəyov rayonunda qeydə alınıb.

6 ayda 784 sürücü 10 və daha çox bal topladığı üçün müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib. Son məlumata görə, paytaxtda 392362 nəqliyyat vasitəsi qeydiyyatdadır ki, bunun da 46020-si dövlət təşkilatlarına, 346342-si isə fiziki şəxslərə məxsusdur.

Sərnişindaşımadakı vəziyyətdən söhbət açan Şirinov deyib ki, 6 ayda 1629 avtobus sürücüsü barədə inzibati protokol tərtib edilib. Avtobus sürücüləri tərəfindən törədilən qəzaların sayı azalsa da, bu qəzalar zamanı ölüm halları artıb.

Hesabat dövründə paytaxtda 210 yol nişanı quraşdırılıb, 464-ü isə yenisi ilə əvəzlənib.

Xəbər lenti

Xəbər lenti