...

YAP rəsmisi: "2008-ci il prezident seçkiləri ilə bağlı xüsusi proqram hazırlayırıq"

Siyasət Materials 24 İyul 2007 13:12 (UTC +04:00)
YAP rəsmisi: "2008-ci il prezident seçkiləri ilə bağlı xüsusi proqram hazırlayırıq"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2008-ci ilin prezident seçkiləri ilə bağlı xüsusi proqram hazırlayır. Bu barədə çərşənbə axşamı Bakıda YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib.

YAP rəsmisi qeyd edib ki, qanuna görə prezident seçkilərinə 120 gün qalmış prosesə start verilir: "Həmin dövrdə YAP rəsmi şəkildə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək".

Hazırda 2008-ci il prezident seçkilərinin taktiki və strateji planını hazırladıqlarını deyən millət vəkili vurğulayıb ki, bu məsələdə YAP-a ABŞ-ın bir neçə təşkilatı gömək edir.

"ABŞ-ın həm Beynəlxalq Respublikaçılar İnstitutu, həm də Milli Demokratiya İnstitutu ilə yaxından əməkdaşlıq edirik. Amerikalı mütəxəssislər həm bölgələrdə, həm də Bakıda YAP-ın kadrlarına kurslar keçirlər" - deyə YAP rəsmisi əlavə edib.

Novruzov deyib ki, YAP-ın vahid namizədi prezident Əliyevdir.

Onun sözlərinə görə, seçkiqabağı hakim partiyanın qurultayı keçiriləcək.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti