...

"Azərbaycan İslam Partiyası Qərbyönümlü siyasi partiyalara da müxalifdir" - partiyanın sədri

Siyasət Materials 26 İyul 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İslam Partiyası bir sıra Qərbyönümlü müxalifət partiyaları ilə əməkdaşlıq qurmayacaq. Bu barədə İslam Partiyasının sədri Möhsün Səmədov cümə axşamı açıqlama verib.

O qeyd edib ki, İslam Partiyası Azərbaycanın milli maraqlarına uyğun fəaliyyət göstərən hər bir partiya ilə əməkdaşlığa hazırdır. Lakin islamçılar milli maraqlarına xidmət etməyən, təxribat işləri aparan, həmçinin Qərbin maraqlarını yerinə yetirən siyasi qüvvələrlə əlaqələr qurmayacaq. İslam Partiyasının iqtidara qarşı müxalifətdə olduğunu deyən Səmədov həmçinin bu cür müxalifət partiyalarına qarşı da müxalifətdə olduqlarını bildirib.

Səmədov İslam Partiyasının qeydiyyat probleminə toxunarkən qeyd edib ki, bu partiyanın dini təşkil olması səbəbindən dövlət qeydiyyatına alınmaması fikri bəhanədir. Onun sözlərinə görə, İslam Partiyası siyasi qurumdur, dini işlərlə isə aidiyyatlı dövlət orqanları məşğuldur.

Partiyanın sədr müavini Akif Heydərov isə iddia edib ki, İslam Partiyasının 1995-ci ildə dövlət qeydiyyatının ləğvi o vaxt parlamentin spikeri olmuş Rəsul Quliyevin öz şəxsi ambisiyaları ilə bağlı olub. Heydərov Quliyevin bu ilin əvvəlinə qədər sədrlik etdiyi Azərbaycan Demokrat Partiyasını da təxribatçı fəaliyyət göstərməkdə günahlandırıb.

Müxalifəti təmsil edən İslam Partiyası 1992-ci ildə yaradılıb, 1995-ci ildə dövlət qeydiyyatı ləğv olunub.

Xəbər lenti

Xəbər lenti