...

Sabahdan Azərbaycan vətəndaşları Türkiyəyə vizasız gedə biləcəklər

Siyasət Materials 31 İyul 2007 14:37 (UTC +04:00)
Sabahdan Azərbaycan vətəndaşları Türkiyəyə vizasız gedə biləcəklər

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Çərşənbə günündən etibarən Türkiyənin bir neçə ölkə, o cümlədən Azərbaycanla viza rejiminin ləğvi barədə qərarı qüvvəyə minir. Bu barədə çərşənbə axşamı Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, Türkiyə Nazirlər Kabinetinin 19 iyul 2007-ci il tarixli, 12441 saylı və

29 iyul tarixli rəsmi qəzetdə yayılan 26597 saylı qərara görə, Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanın ümümvətəndaşlıq pasportuna malik vətəndaşlarının Türkiyəyə 30 günlük turizm məqsədli səfərləri üçün vizasız rejim tətbiq olunur.

Avqustun 1-dən etibarən qüvvəyə minən qərara görə, bu ölkələrin vətəndaşları turistin səfərlə Türkiyədə qalacaqları hər gün üçün 30 ABŞ dolları və ya müvafiq həcmdə türk lirəsinə malik olmalıdırlar. Bu şərtlə onlar Türkiyəyə vizasız giriş və çıxış etmək imkanı qazanacaqlar. Amma onlardan Türkiyənin sərhədlərində bu ölkəyə səfər məqsədləri, qalacaqları müddət ərzində yaşayışlarını necə təmin edəcəkləri və harada yaşayacaqları barəsində məlumat və sənəd tələb ediləcək.

Qərar turizm məqsədli səfərləri əhatə etdiyindən, Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanın vətəndaşları olan yük və sərnişin daşıyan avtobusların sürücüləri üçün əvvəlki kimi viza rejimi tətbiq ediləcəu. Yəni,vizanın ləğvi bu sürücüləri aid edilmir.

Səfirlikdən bilirilib ki, sözügedən qərar Türkiyənin Orta Asiya və Qafqaz ölkələri ilə mövcud yaxın əməkdaşlıq münasibətlərinin daha da inkişaf etmək niyyətini göstərir.

Xəbər lenti

Xəbər lenti