...

Nazir: "Azərbaycanla Yunanıstan qaz sahəsində əməkdaşlığa dair Memorandum imzalamağa hazırlaşırlar"

Siyasət Materials 2 Avqust 2007 11:03 (UTC +04:00)
Nazir: "Azərbaycanla Yunanıstan qaz sahəsində əməkdaşlığa dair Memorandum imzalamağa hazırlaşırlar"

Azərbaycan, Bakı /müx. Trend A.Bədəlova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev cümə axşamı bəyan edib ki, bu gün Bakıda Yunanıstanla qaz sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması planlaşdırılır.

"İyulda Yunanıstana səfərim zamanı komissiyanın iclası keçirildi və danışıqlar zamanı müəyyənləşdirildi ki, Azərbaycanın məqsədlərindən biri öz qazını Avropaya ixrac etməkdir. Bu sahədə əsasın qoyulması və müvafiq sənədin imzalanmasına dair qərar qəbul edildi. Artıq Memorandum demək olarq ki, hazırdır və bu gün o imzalanmalıdır" - deyə nazir bildirib.

Azərbaycan qazını "Şahdəniz"dən Türkiyə vasitəsilə Yunanıstan və İtaliyaya nəql edəcək boru kəmərinin istismara verilməsi sentyabrın 15-nə planlaşdırılır.

İyulun 26-da İtaliya, Türkiyə və Yunanıstan saziş imzalayıblar. Həmin sazişə görə, boru xəttin Türkiyə ilə Yunanıstanı birləşdirən hissəsi avqustun sonunda fəaliyyətə başlamalıdır. İtaliya ilə Yunanıstan arasındakı hissənin istismara verilməsi isə 2008-ci ildə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti