...

Azərbaycanda hərbi hissələrdə təlimlər məhdudlaşdırılıb

Siyasət Materials 8 Avqust 2007 12:24 (UTC +04:00)
Azərbaycanda hərbi hissələrdə təlimlər məhdudlaşdırılıb

Azərbaycan, Bakı/ " , müxbir K. Zərbaliyeva/Havaların kəskin istiləşməsi ilə əlaqədar hərbi hissələrdə təlimlər məhdudlaşdırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend ə bildirilib ki, müdafiə naziri Səfər Əbiyev bu barədə əmr verib. Əsgərlərin istidən və günvurmadan qorunması məqsədilə görülən tədbirlər nəticəsində indiyədək əsgərlər arasında istidən və günvurmadan ölüm hadisəsi baş verməyib. Kazarmalarda yelpənəklər sutka ərzində işləyir, əsgərlərin gündüzlər istirahəti üçün kölgələr yaradılır. Səngərlərdə dayanan əsgərlərin su ilə təchizatına xüsusi diqqət yetirilir.

Xəbər lenti

Xəbər lenti