...

İranlı hüquq müdafiəçi: "İranda Soheyl Asefi 11-ci məhbus jurnalistdir"

Siyasət Materials 10 Avqust 2007 11:19 (UTC +04:00)
İranlı hüquq müdafiəçi: "İranda Soheyl Asefi 11-ci məhbus jurnalistdir"

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ İranda mətbuata tətbiq olunan repressiyalar nəticəsində keçən həftədən bəri Şərq qəzetinin bağlanması ilə yanaşı üç jurnalist həbs olunub. "İranda Soheyl Asefi 11-ci məhbus jurnalistdir" deyə, İsveçrədə fəaliyyət göstərən, Mütərəqqi Qadınlar Təşkilatının sədri və İranlı insan hüquq müdafiəçisi Dr. Zəhra Erfani bildirib.

İranlı jurnalist Soheyl Asefi avqustun 4-də saat 09.00-da Tehran şəhərinin İnqilab məhkəməsinə çağırılıb və həbs olunaraq, "Evin" həbsxanasına göndərilib. Avqustun 1-də "Ettelaat" kəşfiyyat qüvvələri Asefinin evinə kedərək, onun kompüterini, şəxsi arxivini və digər şəxsi sənədlərini müsadirə ediblər. Avqustun 3-də isə jurnalistika sahəsində fəaliyyət göstərən Fərşad Qorbanpur və Məsud Bastani tutulublar. Bastani istintaqdan sonra azadlığa buraxılıb, Qorbanpur isə "Evin" həbsxanasında saxlanılıb.

Zəhra Erfani Cuma axşamı Stokholmdan telefonla Trend ə bildirib ki, Asefinin tutulması İran hakimiyyəti tərəfindən bir ssenaridir. "Bundan əvvəl İranlı jurnalist Siyamək Puzənd İran hakimiyyəti tərəfindən tutulub, işgəncə altında televizyada saxta etiraflar etmək məcburiyyətində qalıb. Sonra isə ondan jurnalistika fəaliyyətinə xitam verməyini tələb etdilər"- deyə hüquq müdaiəçisi məlumat verib . O, əlavə edib, "Çox ehtimal ki, Asefiyə yürüdülən ittihamlar xarici və daxili zidd-inqilab agentliklərlə əməkdaşlıq və milli təhlükəsizliyi pozmaqdan ibarətdir". Erfaninin dediklərinə əsasən Asefidən indiyədək kimlərdən müsahibə götürdüyünü və müsahibələrin original sənədlərini təqdim etməyi istəyiblər. "Bu ola bilər hakimiyyətin öz içində islahatçı qüvvələrin müsahibələrini və planlarını ələ keçirmək üçün olub. Indiyədək onun istintaq prosesindən, harda saxlanılması və ümumi vəziyyətindən heç bir məlumat verilmir. Bu isə bir az qorxuncdur" - deyə Erfani bildirib.

Erfani bildirib ki, Edam cəzaları aşkar icra olunsa da, məhkəmələr gizli keçirilir. "Keçən həftədə isə Şərq qəzetini xaricdə yaşayan homoseksual məzmunlu şerlər yazan bir şairə ilə müsahibə etmək ittihamı ilə bağlayıb, məhkəməyə veriblər. Bu repressiyalar İrana tətbiq olunan 3-cü beynəlxalq qətnamədən sonra daha geniş səviyyədə olacağı gözlənilir"- deyə, İranlı hüquq müdafiəçisi bildirib.

Asefinin Anası Nahid Xizabi avqustun 6-da "Fərda" radiosuna verdiyi müsahibədə bildirib ki, oğluna yürüdülən ittihamların mahiyyətindən xəbərsizdir və heç bir rəsmi mənbə bu barədə məlumat vermir.

Xəbər lenti

Xəbər lenti