...

Naxçıvan polisinə yeni avtomobillər verilib

Siyasət Materials 28 Avqust 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına yeni avtomobillər verilib. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə keçirilən tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov 8 "Chevrolet Niva", 1 CİP və 1 "Niva" markalı avtomobilin açarlarını hüquq-mühafizə orqanlarının əməkdaşlarına təqdim edib.

Xidməti avtomobillərin ikisi Naxçıvan MR-in Milli Təhlükəsizlik Nazirliyinə, biri Daxili İşlər Nazirliyinə, biri Şərur rayon Polis Şöbəsinə, biri Şərur rayon Polis Şöbəsinin İbadullah polis bölməsinə, biri Babək rayon Polis Şöbəsinin Cəhri polis bölməsinə, biri Şahbuz rayon Polis Şöbəsinə, biri Culfa rayon Polis Şöbəsinə, biri Ordubad rayon Polis Şöbəsinə, biri isə Sədərək rayon Polis Şöbəsinə təqdim edilib.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti