...

Bakıda Latviya və Azərbaycan XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 11 Sentyabr 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Payız aylarında Bakıda Latviyanın və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. Bu barədə Latviyanın Azərbaycandakı səfiri Mixail Popkoviç məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələr noyabrın 15-nə qədər baş tutacaq, belə ki, noyabrın 23-də Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Riqada "Baltik ölkələri və Avropa Qonşuluq Siyasəti" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Səfir qeyd edib ki, məsləhətləşmələrin bu tarixə qədər keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti