...

Azərbaycanda insan alveri ilə bağlı cinayət faktlarının sayı artıb

Cəmiyyət Materials 19 Sentyabr 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Azərbaycanda insan alveri ilə bağlı cinayət faktları artıb, çərşənbə günü Masallı rayonunda keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nümayəndəsi Fuad Əliyev bildirib.

"İnsan alverinin qurbanı olanlar əsasən 20-25 yaşdan 35 yaşadək olan gənclərdir" Əliyev bildirib.

Beynəlxalq ekspertlərin araşdırılmalarına görə, hər il 600-900 min nəfər insan alverinin qurbanı olur.

2006-cı ildə Azərbaycanda insan alveri ilə bağlı 211 cinayət faktı aşkar edilib, onlardan 22-si insan alverinin qurbanı, 58-i faişəliyə cəlb etmə, 114-ü əxlaqsız yuva saxlama faktıdır. Bu faktlara görə, 107 nəfər cinayət məsuliyətinə cəlb edilib, 86 vətandaş insan alverinin qurbanı kimi müəyyən edilib.

Onun sözlərinə görə, bu ilin altı ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 187 cinayət faktı qeydə alınıb. Bunların 44-ü insan alveri, 116-sı əxlaqsız yuva saxlama, 22-si isə faişəliyə cəlb etmə faktlarıdır.

Əliyev deyib ki, hesabat dövründə insan alverinə görə 112 nəfər cinayət məsuliyətinə cəlb edilib, 72-si insan alverinin qurbanı kimi müəyyən edilib.

Nazirlik rəsmisinin bildirdiyinə görə, insan alveri qurbanları üçün DİN-də sıcınacaqlar yaradılıb və onlar orda reabilitasiya olunurlar.

Xəbər lenti

Xəbər lenti