...

Azərbaycan cüdoçusu Kifayət Qasımova Rotterdamda keçirilən dünya Superkubokunun 1/8 finalına çıxıb

Cəmiyyət Materials 28 Sentyabr 2007 12:01 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend müxbir Z.Səfərov/ Azərbaycan cüdoçusu Kifayət Qasımova sentyabrın 28-də Rotterdamda start götürən dünya Superkubokunun 1/8 finalında öz rəqibini gözləyir.

Püşkatmaya müvafiq olaraq 52 kq çəki dərəcəsində çıxış edən idmançı yarışın ilk döyüşlərindən azad olub. Rəqiblərindən fərqli olaraq o, yarışa bir qədər gec qoşulacaq. Belə ki, onun ilk rəqibi Liraz Ben Meleks (İsrail) - Feyt Pitman (Britaniya) cütünün qalbi ilə qarşılaşacaq.

Həmçinin yarışın birinci günündə tatami üzərinə üç qat Avropa çempionu Elçin İsmayılov və Ümumdünya Universiadasının qalibi Ramil Qasımov (hər ikisi 66 kq) çıxacaq. İsmayılov birinci döyüşündə fransalı Sabestyan Berçelo, Ramil isə Çexiyadan olan David Dubski ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti