...

Müğənni Yaşar əvvəl soyundu, sonra oxudu

Cəmiyyət Materials 2 Oktyabr 2007 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /müx. TrendLife Şahin Cavadsoy/

Bu növcavanın şəkillərinə baxanda səhnəmizin primadonnası İlhamə xanımın sözlərini xatırlamamaq mümkün deyil: " Oxumağa yeni başlayan gənclər, sauna ilə səhnəni əməlli- başlı səhv salıblar". Adı Yaşar olan bu oğlan(Vallah, şəkillərinə baxanda ona ən azı 30- yaş vermək olar -Ş.C) nədənsə, gündəmə gəlməyin çox yüngül yolunu fikirləşib tapıb. Yəni lüt-üryan soyunmasa da, alt paltarsız (əsasən də maykasız) müxtəlif pozalarda şəkillər çəkdirib. Hələlik mətbuatda piar olunmasını düşünən Yaşara, bu işdə kömək edənlər də tapılıb. Yayılan məlumatlardan belə məlum olur ki, müğənni Ayaz Qasımovun keçmiş prodüseri dj-aparıcı Murad Arif Yaşarı yeni layihəsi qismində təqdim etmək fikrindədir. Bunun üçün artıq əməli tədbirlərinə belə start verib. Onu şou-biznesdə "ulduz kəsən" bəstəkar Vaqif Gərayzadə ilə əməkdaşlığa cəlb edib. İfa metodikasını V.Gərayzadədən öyrənək gənc müğənni, bəstəkarın mahnısını oxumaq xoşbəxtliyini də dadıb. Bundan əlavə, Gövhər Həsənzadə, Emin Kərimi, Rəhim Rəhimli, İsa Məlikov və Murad Arifin bəstələrini ifa edən gənc müğənni gələcəkdə Azərbaycanı "Eurovsion" yarışmasında təmsil etmək fikrindədir. Bu səbəbdən də xarici dilləri mükəmməl öyrənir. Bu sadaladıqlarımız həyata keçsə, sözümüz yoxdur. İradımız ondadır ki, soyunmağı özünə şərəf bilən bu yeniyetmə bədəninin yox, səs imkanlarının hesabına tanınmağını qarşısına məqsəd qoysaydı, daha yaxşı olardı. Bir də, mənəm-mənəm deyib, sinənə döymək sənə yarışmaz,ay Yaşar. Bilmirsənsə, biz yadına salarıq ki, kişi sənətçilər arasında birinci soyunan, sən yox, Vasif Şahbazov adlı müğənni olub. Özün bilərsən, amma geyimli halda səhnəyə çıxsaydın, zənnimizcə, daha böyük uğur qazanmağa müvəffəq ola bilərdin...

Xəbər lenti

Xəbər lenti