...

Bakı Səhhiyə İdarəsinin rəhbəri: "Azərbaycanda yaşı 14-dən 18-dək olan gənclər arasında xəstəliklər geniş yayılıb

Cəmiyyət Materials 3 Oktyabr 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/Azərbaycanda yaşı 14-dən 18-dək olan gənclər arasında xəstəliklər geniş yayılıb və bu yaşda olan gənc oğlanlarda uroloji, qızlarda isə, ginekoloji xəstəliklərə tez-tez rast gəlinir. Çərşənbə günü Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasında Azərbaycanda reprodiktiv sağlamlıq və milli qanunvericiliklə bağlı müzakirələrdə, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova bildirb ki, Avropa ölkələrində, əsasən, 25 yaşına qədər olan gənclər arasında xəstəliklər yayılıb. Azərbaycanda isə, xəstəliklərin "cavanlaşması" prosesi gedib.

"Eyni zamanda, son illər boşanma halları geniş yayılıb. Boşanma hallarının çoxalmasının əsas səbəllərindən biri də xəstəliklərlə bağlıdır. Gənclər ailə qurmamışdan əvvəl bir-birinin xəstəliyi haqqında məlumata mailk olmurlar. Ailə qurduqdan bir qədər sonra bu aşkar olur və ailədə narazılıqlar başlayır", -deyə Seyidbəyova vurğulayıb.

Onun fikrincə, bu problemin qarşısını almaq üçün geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Millət vəkili Məlahət Həsənova qeyd etdi ki, Azərbaycanda reproduktiv sağlamlıq məsələsinin qanunvericilikdə əks olunması vacibdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycanda ailə məsələləri ilə bağlı müəyyən problemlər var. Bu problemlərin həlli üçün Dövlət Komitəsi tərfindən müəyyən işlər aparılır.

"Eyni zamanda, uşaqların çılızlaşması gedir. Bu , hərbi xidəmtə çağırış zamanı müşahidə olunur. Çox gənc yaşlarında ailə qurmaq da problemlərə gətirib çıxarır", -deyə Qəhrəmanova əlavə edib.

Ginekologiya Problemləri İnstitutunun nümayəndəsi vurğulayıb ki, 2007-ci ildə evdə doğuş zamanı 6-7 ana ölümü hadisəsi baş verib. Bu hadisələr Lənkəran , Gəncədə qeydə alınıb. Eyni zamanda, Azərbaycanda qadınların 50 faizindən çoxu qadın məsləhətxanalarının xidmətindən istifadə etmirlər.

Xəbər lenti

Xəbər lenti