...

Zülfiyyə 7 noyabrda ana olacaq?

Cəmiyyət Materials 10 Oktyabr 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/müx. "TrendLife" Şahin Cavadsoy/

Hazırda hamiləliyinin sonuncu günlərini yaşayan əməkdar artist Zülfiyyə Xanbabayevanın ana olacağı gün yaxınlaşdıqca, bütün zülfiyyəsevərlər təlaş içindədir desək, daha düzgün səslənər. Özü bu xəbərlərin yayılmamasına qətiyyətlə çalışsa da, "yerin də qulağı var" məsəlindən əsla özünü sığortalaya bilməyib. Yəni özünü yaxın ətrafından belə təcrid eməsinə baxmayaraq, xəbər müxtəlif formalarda şəhər əhli arasında yayılmaqdadır. Özəlliklə vurğulamaq istərdik ki, xanım Xanbabayevanın ana olacağı haqda məlumatları dəqiqliyi ilə "TrendLife" öz istifadəçilərinin nəzərinə çatdırmışdı. Ona görə qismən təsdiqlənən məlmatı yaymaqda, yenə də biz özümüz maraqlı olduq. Söylənilənlərə görə, əməkdar artist noyabr ayının 7-də ilk övladını dünyaya gətirəcək. Məlumatı daha da dəqiqləşdirmək üçün sənətçinin prodüseri Nigar Hacızadə ilə əlaqə saxladıq. "TrendLife"a yuxulu olmasına baxmayaraq cavab verən prodüser bizə daha ilginc sözlər söylədi: "İnanın cürbəcür xəbərlər gəzib-dolaşır. Kim nə istəyir yazır, danışır. Təki salamatçılıqla intizarımıza son qoyulsun". Zülfiyyənin yaradıcılıq planlarını nə vaxt davam etdirəcəyi barədə bir söz söyləməyən Nigar, 7 noyabr tarixinə isə belə münasibət bildirdi: "Layihələr kifayət qədərdir. Yəni yeni mahnılar yazdırılacaq. Konserti isə çox güman ki, gələn ilə qalacaq. Məlumat yayılıbsa ki, 7 noyabr tarixi düşərli olacaq, onda biz də bu günü səbirsizliklə gözləyirik. Ancaq hər şey yenə də Allahın əlindədir. Qoy Tanrı Zulyaya yar olsun".

Biz də Nigarın sözlərinə qoşulub, "Amin!" deyirik.

Xəbər lenti

Xəbər lenti