...

Nazir: Avarçəkmə üzrə Mingəçkevir bazası 2009-cu ilin sonuna qədər istismara veriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2007 14:09 (UTC +04:00)
Nazir: Avarçəkmə üzrə Mingəçkevir bazası 2009-cu ilin sonuna qədər istismara veriləcək

Azərbaycan, Bakı, / Trend S.Ağayeva/ 2009-cu ilin sonuna qədər Mingəçevirin "Kür" idman-sağlamlıq bazasında avarçəkmə üzrə beynəlalq yarışmalar keçirmək mümkün olacaq. Göstərilən tarixə qədər bazada aparılan bərpa işləri başa çatacaq. Bu barədə jurnalistlərə çərşənbə günü Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

"Azərbaycanın Gənclər və İdman Nazirliyinə artıq öz idmançılarının il uzunu suyun donmadığı idman bazasında təlim keçməsini arzulayan Avropa ölkələrinin idman təşkilatlarından təkliflər daxil olmaqda davam edir" - deyə nazir bildirib.

Avarçəkmə üzrə Mingəçevir bazası ötən əsrin 70-ci illərində tikilib. Bazada bütün keçmiş Sovet İttifaqı ölkələrindən gələn idmançılar məşqlər keçib. Hazırda Gənclər və İdman Nazirliyi bazanın bərpası layihəsini reallaşdırır.

Xəbər lenti

Xəbər lenti