...

Gəncənin icra başçısı şəhərin Səhiyyə İdarəsinin rəisini xəbərdarlıq edib

Cəmiyyət Materials 3 Noyabr 2007 10:39 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Qaz İstismarı İdarəsinin sahə rəisləri əldə olunan vəsaitlərin mənimsənilməsi ilə məşğul olur və ona görə də son günlər abonentlərə verilən mavi yanacağın həcmi azalıb, bu sözləri cümə günü Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əziziov keçirdiyi müşavirədə deyib. Onun sözlərinə görə, Gəncənin mavi yanacaq və elektrik enerjisi ilə təmin olunması texniki olaraq tam ödənilir. Bu xidmətlərə görə ödənişlərin faizi də artır. Son ay enerji yığımı 93 faiz, qaza görə ödəmə isə 80 faizə çatıb.

Müşavirədə Əziziov, həmçinin son aylarda şəhərin əksər gənclərinin hərbi xidmətdən yayınması hallarının artmasını və bu işdə onlara kömək edən Ruhi Əsəb Dispanserinin fəaliyyətinin tənzimlənməsi üçün Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevə xəbərdarlıq edib. İcra başçısı bu məsələlərlə birbaşa əlaqəli olan hər iki rayon üzrə hərbi komissarlıq rəhbərlərinə yerində araşdırmalar aparmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti