...

Azərbaycanın futbol yığmasının baş məşqçisinin gələcəyi Avropa-2008-in seçmə mərhələsi başa çatdıqdan sonra müəyyən olunacaq

Cəmiyyət Materials 6 Noyabr 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Coko Hacıevskinin gələcəyi Avropa-2008-in seçmə mərhələsi başa çatdıqdan sonra müəyyən olunacaq.

Trend in verdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib ki, Assosiasiya yeni mütəxəssis axtarışında deyil. "Hazırda biz Finlandiya və Belçikaya qarşı seçmə mərhələ oyunları ilə məşğuluq. Seçmə mərhələsi başa çatdıqdan sonra, həmçinin dekabrda Qətərə qarşı baş tutacaq dostluq görüşündən sonra biz təhlil aparacağıq və gələcək strategiyanı müəyyənləşdirəcəyik" - deyə Məmmədov bildirib.

O həmçinin qeyd edib ki, hazırda hər-hansı bir mütəxəssisin baş məşqçi postuna dəvət olunması barədə məsələ gündəlikdə durmur. "Bizə yalnız seçmə mərhələsinin bitməsini gözləmək qalır, hər şey bundan sonra müəyyən olunacaq" - deyə Məmmədov yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti