...

Sevda Ələkbərzadə: "Məni "Göy Göl" mahnısına görə tənqid edirdilər, hazırda isə bu mahnı Avropa hit- paradlarında birincidir"

Cəmiyyət Materials 7 Noyabr 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Sevda Ələkbərzadənin sonuncu "Gül açdı" albomu Avropa ölkələrində bgyük uğur qazanıb. Uğurlarından danışan müğənni TrendLife-a bunları söylədi: "Deyilənlərə görə "A flower in bloom" kompozisiyası "World music chart music"ə düşüb. Lakin bu düzgün informasiya deyil. Avropada miliyonlarla disk çıxır və mənim diskim iyirmiliyə daxil olub. Onu da nəzərə almaq lazımdır ki, bu disk bir ay öncə işıq üzü görüb. Hazırda müxtəlif Avropa radiostansiyalarından mənə təkliflər gəlir. Buna misal olaraq, Norveç, Hollandiya radiolarını göstərə bilərəm. Tez-tez internetdə statistikaya nəzər salıram. Görəndə ki, "Göy Göl" mahnısı Avropa radiostansiyalarında səslənir, çox sevinirəm. Amma o mahnını yazdıranda hamı məni tənqid edirdi. Deyirdilər ki, guya mahnıda dəyişiklik etmişəm. Əslində, heç bir dəyişiklik olunmayıb. Sadəcə, mahnı aranjeman edilib. Nəzərə alsaq ki, mahnı Avropa hit-paradına düşüb, deməli, xaricilərin çox xoşuna gəlib.

Xəbər lenti

Xəbər lenti