...

Kinorejissor Elxan Qasımovun "Biz qayıdacağıq" filmi təqdimata hazırdır

Cəmiyyət Materials 8 Noyabr 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Yaxın zamanlarda dövlət sifarişilə hazırlanmıq yeni bir filmin təqdimatı keçiriləcək. Bu barədə TrendLife-a məlumat verən filmin rejissoru Elxan Qasımov bunları söylədi: "Hesab edirəm ki, artıq "Biz qayıdacağıq" filmi tam hazırdır. Noyabrın 23-də "Azərbaycan" kinoteatrında həmin filmin təqdimatını keçirəcəyik".

Nəzərinizə çatdırmaq istəyirik ki, bu, rejissorun üçüncü işidir. "Biz qayıdacağıq" filminin ərsəyə gəlməsində tanınmış şəxslər iştirak edib. Filmin ssenari müəllifi yazıçı Natiq Rəsulzadə, operatoru Rafiq Əliyev, rəssamı Rafis Əliyevdir, filmin musiqisi isə Siyavuş Kərimiyə məxsusdur. Filmdə əsas rolları Ayan Mirqasımova, Pərviz İbrahimli ifa ediblər.

Xəbər lenti

Xəbər lenti