...

Finlandiya yığması Azərbaycanla oyuna Aleksey Yeremenko olmadan çıxacaq

Cəmiyyət Materials 13 Noyabr 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Finlandiya yığması Avropa Çempionatı - 2008-in seçmə oyunu çərçivəsində noyabrın 17-də Helsinkidə Azərbaycana qarşı baş tutacaq görüş öncəsi itgi ilə üzləşib.

Trend in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, meydan sahibləri Ramensk "Saturn" futbol klubunda çıxış edən hücümçu Aleksey Yeremenkonun xidmətindən yararlana bilməyəcək. Buna səbəb Moskvada futbolçuya qarşı hücum olunmasıdır. "Onun çənəsi sınıb, bu səbəbdən o, üç-dörd həftəni buraxmalı olacaq" - deyə Finlandiyanın Futbol Assosiasiyasından (FFA) bildiriblər.

"Küçədə iki nəfər ona yaxınlaşıb və səbəbsiz olaraq onun sifətinə zərbə endirib" - deyə FFA məlumatında bildirilir.

Çərşənbə günü onun üzərində kiçik əməliyyat aparılacaq, bundan sonra Yeremenkoya bir neçə həftə dincəlmək lazım gələcək.

İdmançıya hücüm Rusiya çempionatının başa çatması münasibəti ilə klubun təşkil etdiyi banketdən qayıdan zaman baş verib. Yeremenko Finlandiya yığmasında 33 oyuna 12 qol vurub. Heç bir Avropa və dünya çempionatlarında iştirak etməyən finlər "A" qrupunda 12 turdan sonra 20 xalla 4-cü yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti