...

Azərbaycan sənətçiləri Elşən Xəzərlə Günel Məhərrəmova Kazanda silsilə konsertlər verirlər

Cəmiyyət Materials 14 Noyabr 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Meyxanaçı Elşən Xəzərlə duet ortağı Günel Məhərrəmovanın səsi Tatarıstan paytaxtı Kazandan gəlir. TrendLife-a Kazandan məlumat verən Elşən Xəzər səfərləri haqda bunları dedi: "Heç kimə sirr deyil ki, azərbaycanlıların səs-sorağı dünyanın dörd bir yanından gəlir. Biz də sənətçi olaraq həmişə onların yanında olmalıyıq. Bildirmək istəyirəm ki, diasporumuzun dəvətləri kifayət qədərdir və biz dəvətlərin seçimini etmirik. Yəni, təvazökarlıqdan uzaq olsa da, soydaşlarımız bizi tələb edirlərsə, nəyə görə biz onların yanında olmamalıyıq?"

Bir neçə gün Kazan Mərkəzi Konsert Sarayında çıxış edəcəklərini qeyd edən meyxanaçı, Bakıya gələn hətə gönəcəklərini bildirdi: "Bu gün də daxil olmaqla, hələ iki gün də duet ortağım müğənni Günel Məhərrəmova ilə konsertlərimiz davam edəcək. Əminəm ki, növbəti konsertlərimiz də böyük anşlaqla keçəcək".

Xəbər lenti

Xəbər lenti