...

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri dövlət çevrilişində ittiham olunaraq həbs edilib

Cəmiyyət Materials 28 Noyabr 2007 13:43 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri dövlət çevrilişində ittiham olunaraq həbs edilib

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri Daşqın Gülməmmədov dövlət çevrilişinə cəhd etməkdə ittham olunaraq Gürcüstanın əks-kəşfiyyat orqanları tərəfindən həbs edilib. Bu barədə Trend ə çərşənbə günü Tbilisidən telefonla "Qeyrət" xalq hərəkatının başçısı Zümrüd Qurbanov məlumat verib.

Gürcüstan Azərbaycanlılarının Milli Şurasının rəhbəri Gülməmmədov noyabrın 27-də Gürcüstan-Azərbaycan sərhədini keçərkən saxlanıb. Bu barədə Gülmmədovun yaxınları məlumat verib. Yaxınlarının məlumatına görə, Gülməmmədov zorla avtomobilə otuzdurularaq naməlum istiqamətdə aparılıb.

"Məndə olan məlumatalara görə, Gülməmmədov guya öz günahını etiraf edib" - deyə Qurbanov bildirib.

Gürcüstanın hüquq mühafizə orqanlarından Gülməmmədovun həbsinə dair xəbərləri təsdiqləyən və ya təkzib edən məlumat almaq mümkün olmayıb.

Gülməmmədov Gürcüstanda keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən azərbaycanlı Fazil Əliyevin seçki qərargahının rəhbəri təyin olunub.

Ötən həftə Azərbaycan KİV-nə verdiyi müsahibədə Gülməmmədov bildirib ki, azərbaycanlı namizədin seçki qərargahının rəhbəri kimi fəaliyyət göstərməsi ilə əlaqədar olaraq Gürcüstan DİN-in Konstitusiya Təhlükəziliyi Departamenti və Əks-kəşfiyyat Departamenti tərəfindən təxribat imkanlarını istisna etmir.

"Hökumətdə olan gürcü cinayətkarlar Əliyevin komandasının seçkiqabağı kampaniyasını pozmağa çalışırlar" - deyə Gülməmmədov öz müsahibəsində qeyd edib.

Xəbər lenti

Xəbər lenti