...

Nyu-York muzeylərinin rəhbərləri Bakıya gələcək

Cəmiyyət Materials 4 Dekabr 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kolumbiyanın Kartaxena şəhərində bir neçə görüş keçirib. Nazir TrendLife-a açıqlamasında bildirib ki, o, Nyu-York şəhərində muzey direktorları ilə görüşüb: "Mən Nyu-Yorkun Quqqenhaym və Metropoliten muzeylərinin rəhbərləri ilə görüşdüm. Həmin muzeylər dünyanın ən iri mədəniyyət ocaqlarından hesab edilir. Muzey rəhbərləri Azərbaycanla çox maraqlandılar. Ola bilər ki, onlar Azərbaycana gəlsinlər. Burdan da belə qənaətə gəlmək olar ki, bizim ölkə özünün incəsənəti, mədəniyyəti ilə dünyanın diqqətini çəkməkdə davam edir".

Xəbər lenti

Xəbər lenti