...

Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Türkiyədə tədbirlər keçiriləcək

Cəmiyyət Materials 7 Dekabr 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin vəfatının IV ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyi keçirəcəyi tədbirlər planını təsdiqləyib. Səfirliyin mətbuat xidmətindən cümə günü Trend ə bildiriblər ki, dekabrın 12-də Ankaranın Yeni Məhəllə rayonunda yerləşən Heydər Əliyev parkı ziyarət ediləcək. Parkın ziyarətində Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin müəllim-şagird kollektivi, Türkiyədə təhsil alan tələbələr və kursantlar, Türkiyənin ictimai-siyasi sahələrində çalışan nümayəndələri, KİV də iştirak edəcək. Sonra səfirlikdə anım tədbiri keçiriləcək. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Heydər Əliyevin fəaliyyəti ilə bağlı geniş məlumat verəcək. Tədbirdə Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl, Türkiyənin yüksək vəzifəli şəxsləri, millət vəkilləri, Türkiyə XİN-in nümayəndələri, Türkiyədə fəaliyyət göstərən səfirliklərin rəhbərləri, soydaşlarımız, tələbələr, mətbuat nümayəndələri də dəvət edilib.

Bundan başqa, səfirlik Türkiyə KİV-də Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş yazıların nəşr edilməsi, filmlərin nümayiş etdirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirir.

Heydər Əliyev 2003-cü ilin dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti