...

Xuraman Şuşalı Elarizin "başını" yedi

Cəmiyyət Materials 7 Dekabr 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Müğənni Elariz Məmmədoğlunun klipinin təqdimatında bir çox tanınmış simalar iştirak edirdi. Onlardan Nadir Əzimov, Arzu Rzayev, Rüfət Mehdiyev, Heydər Anatollu, Vasif Məhərrəmli, Rəşad İlyasov və digərlərinin adını çəkmək olar. Klip barədə Nadir Əzimov və Məryəm Süleymanova öz fikirlərini bildirdilər. Onlar Elarizdə yaxşı aktyorluq qabiliyyəti olduğunu vurğuladılar. Qeyd edək ki, Elariz, Eldar Mansurovun və Nadir Əzimovun mahnılarına iki yeni klip çəkdirəcək. Bu barədə məlumat verən müğənni zarafatyana bildirdi ki, hər klipin qiyməti 20000 manat olacaq.

Xəbər lenti

Xəbər lenti