Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Tovuz rayonunda il ərzində 540 ailəyə ünvanlı sosial yardımın verilməsindən imtina edilib, çərşənbə axşamı Tovuz rayon Əhalinin Sosail Müdafiəsi Mərkəzinin rəis müavini Mehman Hüseynov bildirib. Onun sözlərinə görə, imtinaların əsas səbəbi müraciət edənlərin sənədlərinin qaydasında olmamasıdır. Hüseynov il ərzində mərkəzə yardımın alınması ilə bağlı, rəsmi qaydada 2000 nəfərin müraciət etdiyini bildirib. Təqdim edilmiş sənədlərdə yoxlamalar aparıldıqdan sonra, onlardan 1560 nəfəri ünvanlı sosial yardım almağa nail olub.
Tovuz paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.