...

Qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün insanları yaxşı əmək şəraiti ilə təmin etmək lazımdır – ekspert

Cəmiyyət Materials 11 Dekabr 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün insanları yaxşı əmək şəraiti ilə təmin etmək lazımdır. Bu barədə çərşənbə axşamı jurnalistlərə Miqrasiya Siyasəti üzrə Beynəlxalq Mərkəzin eksperti Eliza Trossero bildirib.

"Qeyri-leqal miqrasiyanın qarşısının alınması üçün ən yaxsı üsul insanları müdafiə etmək və onları yaxşı əmək şəraiti ilə təmin etməkdir. Biz hökumətlə miqrasiya siyasətinin yaxşılaşdırılamısı üçün işləyəcəyik" - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Miqrasiya Siyasəti üzrə Beynəlxalq Mərkəz Azərbaycanla imzalanan memorandum çərçivəsində layihələr həyata keçirməyə başlayacaq.

"Biz artıq 2006-cı ildə Azərbaycanla əməkdaşlığa dair memorandum imzalamışıq. İndi biz memoranduma müvafiq olaraq, ləyihələr həyata keçirməyə başlaycağıq" - deyə Trossero bildirib.

Xəbər lenti

Xəbər lenti