...

Azərbaycan 2016-ci il Olimpiya Oyunlarının iddiaçısı kimi BOK-un sorğu vərəqinə cavab verməlidir

Cəmiyyət Materials 15 Dekabr 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. Ağayeva/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun şənbə günü jurnalistlərə verdiyi məlumata görə, 2008-ci ilin yanvarına qədər Azərbaycan 2016-ci il Olimpiadasının iddiaçısı kimi Beynəlxalq Olimpiya Komitəsinin sorğu vərəqinə cavab verməlidir.

Azərbaycan digər yeddi ölkə ilə birlikdə növbəti Olimpiya Oyunlarını keçirmək barədə BOK-a ərizə göndərib. Bakı ilə yanaşı 2016-cı il Olimpiya və Parolimpiya oyunlarının keçirilməsinə Çikaqo (ABŞ), Madrid (İspaniya), Praqa (Çexiya), Tokyo (Yaponiya), Rio-de-Janeyro (Braziliya) və Doxa (Qətər) də iddia edir.

"Sənədlərə baxıldıqdan sonra BOK-un İcraiyyə Komitəsi namizəd şəhərin adını açıqlayacaq" - deyə nazir bildirib. 2009-cu il fevralın 12-nə qədər iddiaçılar sorğu vərəqələrini BOK-a təqdim etməlidirlər. BOK-un qiymətləndirmə komissiyası 2009-cu ilin may-iyun ayları ərzində idiaçı şəhərlərə səfər edəcək. "2016-cı il Olimpiya Oyunlarının keçiriləcəyi paytaxt 2009-cu il oktyabrın 2-də BOK-un Kopenhagendə (Danimarka) keçiriləcək sessiyasında seçiləcək" - nazir bildirib.

"Əgər Bakı 2016-cı il Olimpiya Oyunlarının keçirilməsi hüququnu qazanarsa, bu ölkəyə 20 mlrd. dollara başa gələ bilər" - deyə bundan öncə jurnalistlərə Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Hüseynzadənin sözlərinə görə, yarışmanı təşkil etmək üçün Bakı şəhəri ətrafında Olimpiya Şəhərciyi tikiləcək. Bu obyektin tikiləcəyi yer hələ məlum deyil. Obyekt Heydər Əliyev adına hava limanının yaxınlığında, Şıxov qəsəbəsində və ya şəhərciyin tikintisi üçün əlverişli şəraitə malik olan Qobustanda tikilə bilər

Xəbər lenti

Xəbər lenti