...

Azərbaycan prezidentini MOK-un ordeni ilə təltif edəcəklər

Cəmiyyət Materials 26 Dekabr 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev MOK-un ordeninə layiq görülüb. Təşkilatın baş katibi Ağacan Əbiyev bu ordenin yeni təsis olunduğunu və olimpiya hərəkatının inkişafına ən böyük qüvvə sərf edən insanlara veriləcəyini qeyd edib. İcraiyyə Komitəsinin yekdil qərarı ilə ilk orden İlham Əliyevə təqdim ediləcək. Bundan əlavə ölkə prezidenti və MOK-un rəhbəri "Fair play" xüsusi komissiyasının mükafatına layiq görüləcək. "Fair play" xüsusi komissiyanın sədri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevdir. Sidney Olimpiadası çempionu Namiq Abdullayev, şahmat üzrə beynəlxalq arbitr Faiq Həsənov, idman şərhçisi Aydın Əliyev və məşqçi Xosrov Cəfərov (ölümündən sonra) müxtəlif nominasiyalarda mükafatlara layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti