...

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri tədris müəssisələrində hicabın geyinilməsinə qadağa qoyulmasının əleyhinədir (video)

Cəmiyyət Materials 27 Dekabr 2007 14:55 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri tədris müəssisələrində hicabın geyinilməsinə qadağa qoyulmasının  əleyhinədir (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tədris müəssisələrində hicabın geyinilməsinə qadağa qoyulmasının əleyhinədir.

"Hicab hər bir kəsin fərdi seçimidir. Ölkə Konstitusiyasına əsasən, dinindən və əqidəsindən asılı olmayaraq, hər bir kəsin təhsil almaq hüququ var" - deyə Abbaszadə hesab edir.

Parlamentin dekabrın 28-də keçiriləcək iclasında "Təhsil haqqında" qanun layihəsinin qəbul edilməsi planlaşdırılır. Qanun layihəsinin maddələrindən birində göstərilir ki, "Azərbaycanın tədris müəssisələrində tələbələrin, pedaqoqların və digər işçilərin baş örtüyü (hicab, çadra) və başqa dini geyimlər geyinməsinə icazə verilmir". Qanun layihəsi artıq Milli Məclisin Elm və təhsil məsələləri üzrə daimi komissiyasında birinci oxunuşdan keçib.

Azərbaycanda təhsil haqqında mövcud qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Parlament yeni qanunun hazırlanmasına başlayıb, lakin 12 il ərzində bu qanun layihəsi hələ də qəbul olunmayıb. Yeni qanun layihəsinin dekabrın 28-də, Parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Azərbaycan əhalisinin 96%-i müsəlmanlardan ibrətdir. Müsəlmanların 65%-i şiə, 35%-i isə sünni cərəyanına məxsusdur.

Xəbər lenti

Xəbər lenti