...

Gəncədə hepatitə tutulan xəstələrin sayı azalıb

Cəmiyyət Materials 15 Yanvar 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Gəncə, 15 yanvar / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində hepatitə tutulan xəstələrin sayı azalıb. Gəncə şəhər Sanitar Gigiyena Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva çərşənbə axşamı Trend ə bildirib ki, ötən il şəhərdə 79 nəfər hepatit xəstəliyinə tutulduğu halda, 2006-cı ildə isə bu göstərici 121 olub. Tomiyeva ötən il paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə xəstəlikdən əziyyət çəkənlərin 66 nəfərinin hepatit A-ya yoluxduğunu bildirib.

Onun sözlərinə görə, bu xəstəlik 4-5 ildən bir inkişaf dinamikasını dəyişir. Əgər ötən il virusa yoluxanların sayı yüksək olubsa, 3 il virus "yatacaq".

Tomiyeva 2006-ci ildə Gəncədə geniş yayılan hepatitin qarşısının alınmasında digər amil kimi şəhərin sanitar vəziyyətinin normada olmasını bildirib.

Xəbər lenti

Xəbər lenti