...

"AzərReyl" voleybolçuları Çempionlar Liqası oyunu ilə əlaqədar İstanbula yola düşüblər

Cəmiyyət Materials 21 Yanvar 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzərReyl" voleybol klubu İstanbula yola düşüb. Komanda yanvarın 23-də, burada Çempionlar Liqası qrup mərhələsinin dördüncü turu çərçivəsində, "Fənərbaxça" ilə qarşılaşacaq.

Bu yaxınlarda "Uraloçka" ilə birgə təlim-məşq toplanışı və Nikolay Karpolun yetirmələri ilə bir neçə yoxlama oyunu keçirdiklərini nəzərə alsaq, dəmiryolçular Türkiyəyə yaxşı hazırlıq vəziyyətində yollanıblar. Bundan əlavə, İstanbul qarşılaşması kifayət qədər prinsipial oyun vəd edir. Belə ki, meydan sahibləri "V" qrupunun autsayderidir və yəqin ki, Bakıdakı məğlubiyyətə görə, "AzerReyl"dən revanş götürmək istəyəcəklər.

Bununla belə, komanda yenidən zədədən müalicə olunan Lidiya Məmmədyarova və Yelena Parxomenko, həmçinin, bu yaxınlarda analıq məzuniyyətinə çıxan Oksana Məmmədyarovanın xidmətlərindən istifadə edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti