...

Peşəkar oxuduğum üçün Allahıma şükür edirəm – müğənni Rəşad İlyasov

Cəmiyyət Materials 4 Fevral 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı,4 fevral /müx. TrendLife Şahin Cavadsoy

Şou-biznes nümayəndələri arasında "savadlı oxu tərzi" termini gün keçdikcə daha çox müzakirə obyektinə çevrilir. Bu fikri alqışlayan müğənni Rəşad İlyasov deyir ki, sənətçilər arasında kateqoriya bölgüsü çoxdan aparılmalı idi: "Kobud səslənsə də, indi yerindən yox, yuxudan oyanan bəzi insanlar özlərini peşəkar müğənni adlandırmaqdan çəkinmirlər. Vallah, belə açıqlamalara qulaq asmaq çox gülüncdür. Amma nə etmək olar, belə "ulduzcuqlar" həmişə meydanın düz mərkəzində özlərini "Nömrə bir" adlandıracaqlar. Şəxsən öz adımdan deyə bilərəm ki, nə oxuduğumu başa düşürəm. Buna görə də Allahıma şükür edirəm. Ad çəkib kimisə savadsız adlandırmaq niyyətim də yoxdur. Onsuz da elin gözü tərəzidir. Yəni, zövqlü tamaşaçılar kimin peşəkar, kimin zəif olduğunu çox gözəl bilir. Ona görə də əsl sənətlə məşğul olan müğənnilər ruhdan düşməməlidirlər".

Xəbər lenti

Xəbər lenti