...

"Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb

Cəmiyyət Materials 9 Fevral 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı 9 fevral / Trend , müxbir İ.Əlizadə/ 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit şənbə günü Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə şənbə günü Trend ə Ədliyyə Nazirliynini Pentensiar Xidmətin mətbuat xidmətindən məlumat verilib.

"Azadlıq" qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit (Zahidov) 2006-cı ildə narkotik maddələrin qanunsuz satışı və istifadəsində ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Mirzə Sakit ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Mirzə Sakitin qardaşı, "Azadlıq" qəzetinin baş redaktoru Qənitəm Zahid xuliqanlıqda ittiham olunaraq həbs edilib və məhkəmə prosesi gedir.

Son zamanlar Mirzə Sakitin səhhətində problemlər yaranıb. O, bir neçə xəstəlikdən əziyyət çəkir.

Xəbər lenti

Xəbər lenti