...

Xocalı faciəsi bütün türk dünyasının faciəsidir – türkiyəli səfir

Cəmiyyət Materials 20 Fevral 2008 15:10 (UTC +04:00)
Xocalı faciəsi bütün türk dünyasının faciəsidir – türkiyəli səfir

İsrail, Qüds, 20 fevral/ " , müxbir R.Abdullayev/ Yüzlərlə azərbaycanlının həlak olduğu və minlərlə insanın zərər çəkdiyi Xocalı faciəsi bütün türk dünyasının faciəsidir. Türkiyənin İsraildəki səfiri Namik Tan belə hesab edir.

"Ermənilər onilliklərlə "erməni soyqırımı" haqqında əfsanə yayır, etmədiyimiz cinayətdə bizi günahlandıraraq bizə şər atırlar. Lakin təəssüf ki, dünya Xocalı şəhərinin qorxulu faciəsi haqqında demək olar ki, heç nə bilmir" - Tan 1992-ci ildə Xocalı şəhərində azərbaycanlıların kütləvi qətlinin 16 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Xocalı faciəsi 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda fəal hərbi işğal əməliyyatları zamanı baş verib. Azərbaycanın rəsmi məlumatlarına görə, faciə nəticəsində 613 nəfər öldürülüb (onlardan 106-sı qadın və 83-ü uşaq), 1275 nəfərdən çox insan əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər şikəst edilib və əlil olub.

"Biz uşaqlarımız və nəvələrimizin bizm ümumi tariximizin bu dəhşətli gününü unutmaması üçün hər il Xocalı faciəsi qurbanlarının anım gününü qeyd etməliyik" - Tan İsraildə ilk dəfə keçirilən və Türkiyə səfirinin şəxsi iqamətgahında təkil olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə qardaş dövlətlər kimi Xocalı faciəsi haqqında düzgün informasiyanı təbliğ etməli və yaymalıdır.

İsrail ictimaiyyətinin nümayəndələri və Knessetin deputatlarının iştirakı ilə İsraildə Anım gününün keçirilməsi Xocalı soyqırımı haqqında həqiqətin çatdırılmasına yardım edəcək. İsrail Azərbaycanlıları Konqresinin prezidenti, tədbirin əsas təşkilatçılarından olan Aleks Şapiro Suliman belə hesab edir. "Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən pislənməlidir. Beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazisində törədilən Xocalı soyqırımına həqiqi soyqırım kimi siyasi-hüquqi qiymət verməlidir" - Şapiro Suliman bildirib.

Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev Azərbaycan xalqının 200 il ərzində erməni şovinistləri tərəfindən daima etnik təmizləmə və soyqırım siyasətinə məruz qaldığını bildirib. "Artıq 16 ildir ki, biz beynəlxalq ictimaiyyəti erməni hərbi təcavüzü nəticəsində xocalıların məruz qaldığı bəlaya laqeyd qalmamağa çağırırıq" - deyən Ağayev xatırladıb ki, 2007-ci ildə Azərbaycanın Quba rayonunda yüzlərlə insanın kütləvi dəfn yerləri aşkar edilib. Azərbaycan alimlərinin rəyinə görə, bu insan qalıqları 20-ci yüzilliyin əvvəlində erməni daşnaklarının qurbanları olmuş yəhudilərə məxsusdur.

İsrail Parlamentinin depuatı, Knessetin repatriasiya və diaspora problemləri üzrə komissiyasının sədri Mixael Nudelman Xocalı faciəsi qurbanlarının Anım gününün keçirilməsində Türkiyə səfirinin və İsrail Azərbaycanlıları Konqresinin birgə fəaliyyətini yüksək qiymətləndirib. "Mənim Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumatım olub. Lakin məndə kədər və təəssüf hissi yaradan bu faciə haqqında tam həqiqəti bilmirdim. Dünya bu dəhşətli faciə haqqında həqiqəti bilməlidir" - Nudelman bildirib.

Tədbirdə Xocalı soyqrımı haqqında həqiqətin üzərinə işıq salan Heydər Əliyev Fondu tərəfindən hazırlanan foto və videomateriallar göstərilib, kitabçalar, nəşrlər paylanıb.

Xəbər lenti

Xəbər lenti