Ukrayna, Kiyev, 22 fevral / Trend , müxbir Z.Novosvitski / Fevralın 25-də Kiyevdə "Ukrayna" mehmanxanasının konfrans zalında Xocalı faciəsinin Anım Gününə həsr olunmuş tədbir baş tutacaq. Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Trend a bildirib.
Xocalı faciəsi haqqında filmin nümayiş olunması planlaşdırılır. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, həmçinin, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak edəcək.
Növbəti gün, fevralın 26-da Ermənistanın Ukraynadakı səfirliyiATƏT-in Ukraynadakı nümayəndəliyi qarşısında da dinc piket keçiriləcək "Piketlərin keçirilməsi üçün yerli hökumətin lazım olan bütün icazəsini almışıq", - Gülməmmədov deyib.