...

Atamın xatirəsini ancaq özüm əbədiləşdirirəm-aktyor Elşən Cəbrayılov

Cəmiyyət Materials 25 Fevral 2008 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/müx.TrendLife Şahin Cavadsoy/

Dünyasını vaxtsız dəyişən mərhum aktyor Şahin Cəbrayılovunun oğlu - Akademik Milli Dram Teatrında atasının yolunu davam etdirən Elşən Cəbrayılov son günlər çox gərgin anlar yaşayır. Onun özünə qapılmasının tutarlı səbəbləri də var. TrendLife-a açıqlama verən Elşən, atasına olan biganəliyi bu sözləri ifadə etdi: "Şahin Cəbrayılov tamaşaçıların xatirində "Kökdən düşmüş pianino" televiziya tamaşasında oynadığı usta obrazı ilə yadda qalıb. Yataq xəstəsinə çevrilməmişdən isə, Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. Bir neçə aydan sonra atamın vaxtsız vəfatının bir ili tamam olacaq. Şikayətlənməyimin əsas məqsədi də ondan ibarətdir ki, ölümündən aylar keçməsinə baxmayaraq, kimsə bizim qapımızı döyüb problemlərimizlə maraqlanmır. Sanki, atamın xatirəsini ancaq özüm əbədiləşdirirəm. Qazandığım pul da imkan vermir ki, ona layiq olduğu qəbirüstü abidəni inşa etdirəm. Amma ümidimi yenə də itirmirəm. Əminəm ki, bu çağırışım nəticəsiz qalmayacaq və heç olmasa, ölümündən sonra Şahin Cəbrayılovun ruhuna olan bu ögeyliyi aradan qaldırmaq üçün səlahiyyətli orqanlar ailəmizə dəstək olacaqlar".

Xəbər lenti

Xəbər lenti