Azərbaycan, Bakı, 07 mart /müx. TrendLife Fəridə Məhərrəmqızı/
Müğənnilər Lalə Məmmədova və Rüfət Mehdiyev Azərbaycan diasporunun dəvəti ilə martın 18 - də Belarusun paytaxtı Minskə yola düşəcəklər. TrendLife-da olan məlumata görə, müğənnilər klassik, estrada janrında olan mahnıları ifa edəcəklər. Biz də öz növbəmizdə onlara uğurlar arzulayırıq.