...

Türk klipləri paltarları və saç düzümlərini reklam edir-klipmeyker Kənan M.M

Cəmiyyət Materials 12 Mart 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /müx. TrendLife Cavid Osmanov/

. Bir çoxları düşünür ki, türklərin klipmeykerləri bizim klipmeykerlərdən fərqlənirlər. Lakin Kənan M.M belə hesab etmir. Onun fikrincə, Türkiyədə işlər heç də bizə göründüyü kimi asan deyil. Bu yaxınlarda Türkiyədən qayıdan Kənan M.M öz işlərini türk klipmeykerlərinə göstərdikdə onlar lap heyran qalıblar. "Onlar Azərbaycanda belə bir klipin çəkilməsinə təəccüb etdilər. Mənim Röyaya çəkdiyim klipi çox bəyəndilər. Qeyd etdilər ki, bizim kliplərdə süjet xəttini izləmək mümkündür. Onlarda isə, tam əksinə. Türk kliplərində ifaçı, əsasən. öz vücudunu, saç düzümünü, libaslarını reklam edir. Əlbəttə, onların qurğuları bizimkindən daha yaxşıdır. Bunu inkar etmək olmaz. Elə güclü qurğular bizdə olsa, bizim çəkdiyimiz kliplərin tayı-bərabəri olmaz"-deyə klipmeyker bildirib.

Xəbər lenti

Xəbər lenti