...

Həmişə medianın köməyinə arxalanmışam – müğənni Aybəniz Haşımova

Cəmiyyət Materials 19 Mart 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı,19 mart /müx. "TrendLife" Şahin Cavadsoy/

Bəzi sənətçilərin media mənsublarına göstərdiyi soyuq münasibət, sevilən sənətkar Aybəniz Haşımovanın ürəyəncə deyil. TrendLife-a danışan Aybəniz xanım bu qənaətə gəlməsinə belə şərh verdi: "Həmkarlarımı deyə bilmərəm, ancaq mən həmişə medianın köməyinə arxalanmışam. Pərəstişkarlarım bilir ki, əsla ağa qara söyləməmişəm. Ona görə dəfələrlə məni hədəfə götürən bədxahların cavablarını, media mənsublarının yaratdıqları şəraitdən yararlanıb açıq şəkildə dilə gətirmişəm. Müğənnilərə səslənib demək istəyirəm ki, mediaya hörmətsizlik göstərməsinlər. Gəlin qəbul edək, axı bizi zirvələrə qaldıran məhz dördüncü hakimiyyət olan KİV-in nümayəndələridir".

Yaradıcılığındakı yeniliklərdən də danışan A.Haşımova, bacısı Şahnaz xanımla duet oxumaq fikirlərinin olduğunu da gizlətmədi: "Maraqlı bir layihə üzərində işləmək istəyirik. Mahnı seçimini dəqiqləşdirməsək də, bilirəm ki, ifa edəcəyimiz mahnı dinləyicilər tərəfindən çox gözəl qarşılanacaq. Çox güman ki, bacımla bir yerdə oxuyacağımız mahnıya klip də çəkdirəcəyik".

Xəbər lenti

Xəbər lenti