...

Klipimi özüm maliyyələşdirirəm –müğənni Kərim

Cəmiyyət Materials 1 Aprel 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 01aprel /müx.TrendLife Şahin Cavadsoy/

Müğənni Kərim bu gün yerli zavodların birinin həyətində sözləri və musiqisi Gövhər Həsənzadənin olan "Oyuncağınam sənin" adlı mahnısına klip çəkdirməyə başlayıb. Rejissor Natiq Novruzovun ekranlaşdırdığı klipdən sənətçi TrendLife-ı bunu dedi: " Gövhər xanımın "Oyuncağınam sənin" mahnısını repertuarımın ən sevilən bəstələrindən bir hesab edirəm. Ona görə də bu mahnıya ekran həyatı verməyi düşündük. Bir neçə rejissora müraciət etmək istəsəm də, sonda Natiq Novruzov imzası üstündə dayandım. Çox bəyənirəm onun işlərini. Klipdə konkret süjet xətti olmayacaq. Məncə, artıq tamaşaçılar bezib enyilikdən. Bu səbəbdən rəqs qrupun müşayiəti ilə ancaq özüm iri planda olacağam".

Söhbət çəkilən ekran işinə kimin sponsorluq etməsindən düşəndə isə, müğənni bunları söylədi: "Çəkdirdiyim klipi özüm maliyyələşdirirəm . Əlbəttə, çox istərdim ki, bizə dəstək verən insanlar olsun. Ancaq Allahın bu gününə də min şükür. Sponsorsuz-filansız, alın təri ilə toylarda qazandığım pullarla yaradıcılığımı davam etdirməyə çalışıram".

Xəbər lenti

Xəbər lenti