...

Azərbaycan və Türkiyə jurnalistlərinin II beynəlxalq konfransı keşiriləcək

Cəmiyyət Materials 2 Aprel 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.İlhamqızı/ Apreldə Bakıda Azərbaycan və Türkiyə jurnalistlərinin II beynəlxalq konfransı keşiriləcək. Bu barədə Trend a Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Tədbirin təşkilatçıları Türkiyənin Mətbuat Yayım İnformasiya baş idarəsi, Azərbaycan Mətbuat Şurası və Türkiyənin Azərbaycandakı Səfirliyidir. Konfransda hər iki ölkənin tanınmış media mütəxəssisləri, ekspertləri və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edəcəklər.

Türkiyə nümayəndə heyətinin tərkibində bu ölkənin Mətbuat Yayım Informasiya qurumunun baş direktoru Saleh Mələk, mətbuat üzrə dövlət naziri Mehmed Aydın kimi tanınmış simalar var.

Qonaqlar Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı, Bakıda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək, Bakı Slavyan Universitetində xəbər janrı ilə bağlı elmi-praktik seminara qatılacaq, bir sıra aparıcı KİV redaksiyalarında görüşlər keşirəcəklər. Səfər proqramı aprelin 28-dən mayın 1- dək olan dövrü əhatə edəcək.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun bildirdiyinə görə, bu, türkiyəli həmkarlarımızla bir araya gəlinən ikinci konfransdır. İlk belə tədbir 2006-cı ilin yazında baş tutmuşdu.

"Bu dəfəki səfərdə Azərbaycan və Türkiyə mediasının müasir durumuna, üzləşdikləri çətinliklərə toxunulacaq, qloballaşan dünyada türkdilli mətbuatın yeri və roluna dair geniş fikir mübadilələri aparılacaq. Eyni zamanda, hər iki ölkə jurnalistikasının nəzəri istiqamətləri ilə bağlı məruzələr oxunacaq" - deyə Amaşov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti