...

Göyçək Fatimə ad gününün vaxtını dəyişdi

Cəmiyyət Materials 2 Aprel 2008 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Aprelin 3-də rəqqasə Göyçək Fatimə özünün növbəti doğum gününü qeyd edəcək. Bu haqda TrendLife-a rəqqasə özü məlumat verdi: "Ad günüm həftənin cümə axşamına düşdüyündən, belə qərara gəldim ki, yubileyimi aprelin 4-də keçirim. Çox maraqlı bir tədbirin baş tutmasına çalışıcağıq. Sözsüz,bu işdə yaxın dostlarım mənə yetərincə kömək edirlər. İstəyirəm ki, sənət yoldaşlarımla bərabər, mənə əziz olan media mənsubları da şad günümdə iştirak etsinlər".

Bəs neçə yaşın tamam olacaq?- sualımız isə cavabsız qaldı: "Xanımdan yaş soruşmaq günahdır, deyirlər. Bir də ki, xanımlar hər yaşında gözəldirlər. Əminəm ki, mənim adım da belə xanımlar cərgəsindədir".

Xəbər lenti

Xəbər lenti