...

Azərbaycanın "Kəpəz" klubu heyətini yerli futbolçularla gücləndirəcək

Cəmiyyət Materials 30 Aprel 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Kəpəz" futbol klubunun sponsorları Bakıdan olacaq. "Bizə konkret klubu himayəsinə götürəcək şəxsin kim olduğunu deməyiblər. Amma düşünürəm ki, həmin adam Gəncədən yox, Bakıdan olacaq. Gəncədən olsaydı, bu günə kimi xəbərimiz olardı", çərşənbə günü Trend a "Kəpəz"in vitse-prezidenti Mehman Allahverdiyev deyib.

"Kəpəz" 2006-cı ildən etibarən maliyyə problemləri üzündən Azərbaycan çempionatında çıxışını dayandırıb. Komanda üçün sponsoru Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev tapıb.

Allahverdiyev klubla bağlı bütün məsələləri həll etmək üçün sponsoru gözlədiklərini bildirib. "Kəpəz" Premyer-Liqada oynasa, komandanın heyətini daha çox legioner futbolçularla gücləndirəcəyik. Amma mübarizəyə birinci diviziondan başlasaq, daha çox yerli futbolçulara güvənəcəyik" - deyə vitse-prezident əlavə edib.

"Kəpəz" 3 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. Klub bütün bu uğurlara Allahverdiyevin rəhbərliyi altında imza atıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti